Sevgilisi Mahir Emrelini tək buraxmamaq üçün Zaqrebə getdi

22 Aprel 00:40 Top Maqazin 1 147
Sevgilisi Mahir Emrelini tək buraxmamaq üçün Zaqrebə getdi

Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan yığmasının hücumçusu Mahir Emreli sevgilisindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə Xorvatiya mətbuatına açıqlama verib.

“Zaqrebdə kimlə yaşayırsınız” sualını forvard belə cavablandırıb: “Mənim sevgilim var. O, hazırda Zaqrebdədir. Həmçinin qardaşım da buradadır.

Yaxın günlərdə anamla bacım da yanıma gələcək. Düzü, şəhərə çox çıxmıram, vaxtımın çoxunu evdə keçirirəm. Hər şey yaxındadır.

Zaqrebi çox sevirəm. Bu şəhər mənim üçün uyğundur. Böyük şəhərləri sevmirəm.

Zaqreb mənə Bakını xatırladır. Çünki burada bir yerdən digər yerə tez getmək mümkündür”.

Bir müddət öncə Mahir Emreli instaqram hesabında sevgilisi ilə fotosunu paylaşmışdı. Bu foto sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 16:20 “Zirə” 1 saat tez...