
Məşhur tennisçi Mariya Şarapova ana olmağa hazırlaşır.
Sportinfo.az xəbər verir ki, rusiyalı idmançı bu barədə 35-ci doğum günündə öz İnstaqram səhifəsində paylaşım edib.
Şarapova paylaşımında bu sözləri yazıb: “Qiymətli başlanğıclar! İki nəfərlik bayram tortunu yemək həmişə mənim ixtisasım olub”.
Mariya Şarapova 2020-ci ildə karyerasını başa vurub.