Klub rəhbəri olan azərbaycanlı modeldən iddialı AÇIQLAMA: “Tabe deyiləm” - FOTOLAR

12 Yanvar 20:00 Top Maqazin 1 065
Klub rəhbəri olan azərbaycanlı modeldən iddialı AÇIQLAMA: “Tabe deyiləm” - FOTOLAR

“Hər cür ayrı-seçkiliklə üzləşsəm də, bu, məni narahat etmir.

Mən də bütün komandamız kimi stereotiplərə tabe deyiləm”.

Azərbaycanda futbol klubunun - “White City”nin ilk qadın prezidenti İnna Kvirtiya Sportinfo.az-a təyinatı ilə bağlı danışıb.

Model İnna Kvirtiya bundan sonra futbol sahəsində fəaliyyət göstərəcək. O, “White City” klubunun rəhbəri təyin edilib.

Hazırda bu klub U-9-dan U-14 komandasına qədər futbol akademiyası kimi fəaliyyət göstərir.

Kvirtiyanın klub rəhbəri təyin edilməsi Azərbaycanda ilkdir. Belə ki, ona qədər hələ Azərbaycanda qadın futbol klubuna rəhbərlik etməmişdi.

İnna uzun illər ölkəmizdə legioner həyatı yaşamış, ailə qurduqdan sonra Bakıda qalan Nuqzar Kvirtiyanın xanımıdır

Model “Bir qadın üçün futbol klubunu idarə etmək çətin olmayacaq ki?” sualını bu cür cavablandırıb:

“Təkcə futbolda yox, digər sahələrdə də liderlik qabiliyyətinə və idarəetmə bacarığına sahib olmaq kişi cinsinə aid olmaqdan daha vacibdir”.

Kvirtiya yeni yaranmış klubun gələcək hədəfləri üçün danışarkən iddialı açıqlamalarla yadda qalıb. Qadın rəhbərin və klubun gələcək adına ciddi məqsədləri var:

“Qarşımıza bir neçə ildən sonra Premyer Liqada və millilərdə oynaya biləcək futbolçuları yetişdirməyi hədəf qoymuşuq. Onları kiçik yaşlarından böyük hədəflərə hazır etməliyik.

Azərbaycanda bütün yaş qruplarındakı yarışlar üçün komandalar hazırlamaq. Ölkədə qadın futbolunu inkişaf etdirmək. Ölkədə futbola marağın səviyyəsini daha da artırmaq.

Tribunalara qadınlar da daxil olmaqla daha çox azarkeşi cəlb etmək. Bir sözlə, futbolu milli qürur mənbəyinə çevirmək istəyirik”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti