Futbolçular ONUN yanına axışır – Qiymət 20-30 manat arasında dəyişir: FOTOLAR

5 Yanvar 20:40 Top Maqazin 1 258
Futbolçular ONUN yanına axışır – Qiymət 20-30 manat arasında dəyişir: FOTOLAR

Bərbər mövzusu futbolçuların ən həssas yeridir.

Daim gündəmdə olan idmançılar saç görkəmlərinin gözoxşayan olmasını arzulayır ki, bu da anlaşılandır.

Elə buna görə də futbolçulardan biri bacarıqlı saç ustası tapanda digərləri də həmin şəxsin yanına axın edir.

Uzun illər türkiyəli bərbər Cemil Özkoç estafeti heç kimə verməmişdi.

Azərbaycanın üzdə olan futbolçularının, həmçinin legioner futbolçu və məşqçilərinin sevimlisinə çevrilən Özkoç indi daha çox şou-biznes nümayəndələrinə xidmət edir.

Ölkənin tanınmış futbolçuları isə özlərinə yeni usta tapıb. Bu, Seymur Həsənovdur. Görünüşə gözəllik qatan Həsənovun “instagram” səhifəsinə göz gəzdirəndə, “Neftçi”, “Sabah” və “Zirə”nin futbolçularına rast gəldik.

“Abşeron Marriot”da xidmət göstərən bərbər həm əl işi, həm də münasib qiymətə iş görməsi ilə futbolçu müştərilərin sevgisini qazanmağı bacarıb.

Belələrindən Ruslan Abışov, Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev, Orxan Qurbanlı, Voislav Stankoviç, Yusuf Laval, Xuan Kamara, Xulio Sezar Rodriges kimilərin adını çəkmək olar.

Əldə etdiyimiz məlumata görə, Seymur ustanın gördüyü iş həcmindən asılı olaraq 20-30 manat arasında dəyişir. Bu isə son illər maaşlarında azalma müşahidə olunan futbolçuların ürəyincədir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti