Mahir Qusarda məşhurun qonağı oldu, imza payladı, gizlinlərin üstünü açdı - FOTOLAR

4 Yanvar 19:00 Top Maqazin 3 794
Mahir Qusarda məşhurun qonağı oldu, imza payladı, gizlinlərin üstünü açdı - FOTOLAR

Qış istirahətini Azərbaycanda keçirən Mahir Emrelinin başını qaşımağa vaxtı yoxdur.

Dekabrın 20-dən bu yana müxtəlif sayt və telekanalların qonağı olan milli üzvünün müsahibələri bitmir.

“Legiya”nın azərbaycanlı hücumçusu növbəti çəkiliş üçün bu dəfə Qusara yollanıb.

Ölkənin tanınmış göz həkimi Cahid Şahbazovun Qusardakı evindən hazırlanmış reportajda Mahirlə yanaşı, bacısı ilə anası Aişə və Elnurə Emreli, həmçinin yeni ailə həyatı qurmuş Sevda Yəhyayeva ilə həyat yoldaşı da iştirak edib.

Çəkiliş xeyli vaxt aparıb ki, səmimi ortamda keçən görüşdə Mahirin ailə üzvləri futbolçunun şəxsi həyatı ilə bağlı gizlinlərin üstünü açıb. Fasilə müddətində Emreli Şahbazovun övladlarına və valideynlərinə imza paylayıb.

“Səhərin gözü” adlı veriliş yanvarın 8-də və 9-da, səhər saat 11:00-da “Space” TV-də yayımlanacaq.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti