Məşhur aktyor ulduz futbolçunun keçmiş sevgilisi ilə… FOTOLAR

8 Mart 01:50 Top Maqazin 1 881
Məşhur aktyor ulduz futbolçunun keçmiş sevgilisi ilə… FOTOLAR

Oskar laureatlı Leonardo Di Kaprio Kilian Mbappenin keçmiş sevgilisi Rouz Bertram ilə görüşür.

Sportinfo.az xəbər verir ki, cütlük Parisdə əylənərkən görüntülənib.

Tanınmış aktyor 28 yaşlı sevgilisini Parisdəki restoranlardan birinə dəvət edib və orada gecə əyləncəsi təşkil edib.

Leonardo və Rouz birlikdə xeyli vaxt keçiriblər. Lakin evlərinə ayrı-ayrı gediblər. “Titanik” filminin baş rol ifaçısı getdikdən bir neçə dəqiqə sonra model restoranı tərk edib.

Bertrand 16 yaşından modellik edir. "Rose L'Oreal", "H&M" və "Agent Provacateur" üçün reklam kampaniyalarında iştirak edib.

O, əvvəllər Nalea (4 yaş) və Zaili (1 yaş) adlı qızları olan sabiq futbolçu Qreqori Van der Vil ilə birlikdə idi. Cütlüyün münasibəti ötən ilin iyulunda bitib.

8 illik münasibət başa çatdıqdan dərhal sonra o, Mbappe ilə görüşüb. Ancaq onların sevgi macərası elə də uzun çəkməyib.

Digər Xəbərlər
Xəbər Lenti