
“Keşlə” ilə müqaviləsinin müddəti başa çatan Anatoli Abanq özünə yeni iş yeri axtarır.
Azərbaycanlı qadınla evləndiyindən və dünyaya gələcək körpənin yolunu gözlədiyindən, məqsədi azı yaya qədər ölkəmizdə top qovmaqdır.
Lakin hələ ki, xidmətinə ehtiyac duyan yoxdur.
Kamerunlu hücumçu yaranmış fasilədən maksimum yararlanmağa çalışır. Xanımı Adelia ilə birgə foto-studiyalara baş çəkib, pozlar verir.
Bir neçə gün əvvəl futbolçunun xanımı “qarın fotosessiyası” etdirib, hamiləlik görüntülərini yaymışdı. Rezonansa səbəb olan həmin çəkilişin ardınca cütlük yenidən kameralar önünə keçib.
Bu dəfə Yeni il bayramına aid geyimlərlə sevgi pozları veriblər.
HƏBİB / SPORTİNFO.AZ