“Qarabağ”ın futbolçusunun Madrid gündəliyi – Öpüş səhnəsi, fitness zalı, xəşbəxt anlar...

28 Dekabr 2021 20:40 Top Maqazin 1 374
“Qarabağ”ın futbolçusunun Madrid gündəliyi – Öpüş səhnəsi, fitness zalı, xəşbəxt anlar...

Avropa Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb, Azərbaycan Premyer Liqasına liderlik edən “Qarabağ”ın futbolçuları necə lazımdır istirahət edir.

Marko Veşoviç Milad və Yeni il bayramı ilə bağlı həyat yoldaşı ilə Madridə səfər edəcəklərini Sportinfo.az-a açıqlamasında bildirmişdi.

Cütlük artıq İspaniyanın paytaxtındadır.

Marko ilə Tamaranın istirahətinin möhtəşəm keçməsi sosial şəbəkə səhifələrindəki paylaşımlardan bəllidir.

Veşoviçlər Madridin “altını üstünə çevirib” gəzir, tarixi yerləri ziyarət edir, ara-sıra öpüş səhnələrinə yer verməyə imkan tapır.

İşin ən maraqlı tərəfi bilirsiniz nədir? Markonun 2022-ci ili qarşılaşamaq üçün yollandığı Avropanın möhtəşəm şəhərində fiziki formasını qorumağa çalışması.

Belə ki, “Qarabağ”ın futbolçusu imkan daxilində fitness zalına baş çəkməklə formasından uzaq düşməməyin qayğısına qalır.

Cütlüyün Madrid gündəliyi barədə aşağıdakı fotolar “danışır”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti