Legioner hücumçu ilə evlənən azərbaycanlı xanımdan qeyri-adi yarıçılpaq FOTOSESSİYA

25 Dekabr 2021 14:00 Top Maqazin 2 091
Legioner hücumçu ilə evlənən azərbaycanlı xanımdan qeyri-adi yarıçılpaq FOTOSESSİYA

Adelia adlı azərbaycanlı qadının “Keşlə”nin kamerunlu sabiq hücumçusu Anatoli Abanqla ailə qurması böyük rezonans doğurdu.

Yayda münasibətlərini toy məclisi ilə rəsmiləşdirən cütlük o vaxtdan bu yana daim mətbuatın diqqət mərkəzindədir.

Müxtəlif televiziya verilişlərinə dəvət alır, zaman-zaman verdikləri müsahibələrlə diqqət çəkirlər.

Abanqlar artıq xeyli vaxtdır körpə yolu gözləyir. Adelianın hamilə olması Anatolini xeyli narahat etdiyindən, “Keşlə” ilə müqaviləsinin müddəti başa çatan hücumçu karyerasını Azərbaycanda davam etdirmək istəyir.

Cütlük növbəti addımı ilə nəzərləri cəlb etməyi bacarıb.

Onlar qeyri-adi fotosessiya ilə gündəmə gəlib. Belə ki, Bakıdakı foto-studiyaların birinə baş çəkən Abanqlar obyektiv önünə keçib.

Adelia Azərbaycanda o qədər də populyar olmayan “qarın fotosessiyası” etdirib.

Bətnində daşıdığı övladı üçün hesablanmış fotolarda qadın yarıçılpaq şəkilləri ilə gündəmə gəlib. Həmin şəkillər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti