Türkiyəli məşhur azərbaycanlı futbolçunu toyunda belə təbrik etdi - VİDEO

24 Dekabr 2021 20:40 Top Maqazin 1 336
Türkiyəli məşhur azərbaycanlı futbolçunu toyunda belə təbrik etdi - VİDEO

Azərbaycanın 21 yaşlılardan ibarət millisinin sabiq üzvü Ozan Can Kökçü ailə həyatı qurub.

Bir müddətdir Sevil adlı azərbaycanlı xanımla nişanlı olan Ozan Can Kökçünün
qız toyu Bakıdakı restoranların birində baş tutub.

Oğlan toyu isə Niderlandda olacaq.

23 yaşlı futbolçunu xüsusi günündə bir çox məşhurlər tək qoymayıb.

Türkiyənin məşhur televiziya siması və iş adamı Acun Ilıcalı isə məclisdə ola bilmədiyi üçün xüsusi videomüraciətlə Ozan və Sevili təbrik edib.

O, toy günündə Bakıda ola bilməməsinin səbəbini hazırda Mayamidə olması ilə əlaqələndirib.

Sportinfo.az özəl videonu sizə təqdim edir

XANOĞLAN / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti