Azərbaycanlı futbolçunun toyu oldu, Acun Ilıcalı Mayamidən təbrik etdi - FOTOLAR

23 Dekabr 2021 21:00 Top Maqazin 1 971
Azərbaycanlı futbolçunun toyu oldu, Acun Ilıcalı Mayamidən təbrik etdi - FOTOLAR

Azərbaycanlı futbolçu subaylığın “daşını atıb”.

Xeyli vaxtdır Sevil adlı azərbaycanlı xanımla nişanlı olan Ozan Can Kökçü, nəhayət, özünə toy edib.

Qız toyu mərasimi Bakıdakı dəbdəbəli restoranların birində baş tutub. Oğlan toyu isə Niderlandda olacaq.

Yeri gəlmişkən, 23 yaşlı futbolçunu bu xoş günündə Türkiyənin məşhur televiziya siması və iş adamı Acun Ilıcalı təbrik edib. Toy günündə Bakıda ola bilməməsinin səbəbini hazırda Mayamidə olması ilə əlaqələndirib.

Futbolçunun anası Sibel Kökçü sosial şəbəkə hesabında oğlunu və gəlinini bu cür təbrik edib:

“Bu gün ən xoş günümüzdür. Məlum şərtlərə görə hər nə qədər çətin olsa da, oğlum Ozan Can və qızım Sevilin toy mərasimini Bakıda gerçəkləşdirdik. Davamı Niderlandda olacaq. Allahdan sizə daimi xoşbəxtlik arzulayırıq!”

Niderlandda doğulan türkəsilli Ozan Can Azərbaycanın U-21 millisində 14 oyunda meydana çıxıb, 1 qol vurub.

2019-cu ilin yayından 2020-ci ilin dekabrına qədər “Sabah”ın formasını geyinib. Hazırda icarə əsasında Niderlandda “Telstar”ın uğurları üçün tər tökür.

Ozan Canın kiçik qardaşı Orkun Kökçü “Feyenoord”un aparıcı futbolçularından biri hesab olunmaqla yanaşı, Türkiyənin əsas millisinin şərəfini qoruyur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti