Premyer Liqa klubunun milyarder sahibi heyrətamiz təyyarə aldı - FOTOLAR 

22 Dekabr 2021 17:40 Top Maqazin 1 147
Premyer Liqa klubunun milyarder sahibi heyrətamiz təyyarə aldı - FOTOLAR 

“Çelsi”nin sahibi, rusiyalı milyarder Roman Abramoviç bahalı təyyarə alıb.

Təyyarənin qiyməti 350 milyon dollardır.

“Forbes” nəşrinin mənbələrinə görə, “Boeing 787-8” və “Boeing 787-9” “üst VIP” təyyarələr sayılır.

“Boeing” və “Airbus” şirkətləri il ərzində iki və ya üçdən artıq belə biznes təyyarəsi istehsal etmirlər. Ekspertlər bu təyyarələri “fantastik interyerə malik nəhəng avtomobillər” adlandırırlar.

İndiyə qədər bütün dünyada bu tip 250 təyyarə istehsal olunub. Abramoviçin aldığı təyyarə 2015-ci ildə yığılıb.

Texniki göstəricilərə gəlincə, təyyarənin uçuş məsafəsi 18 418 km, salon sahəsi 224,4 kvadratmetrdir.

Hava gəmisində 50-yə qədər sərnişin daşımaq olar: təhlükəsizlik əməkdaşları üçün 10, heyət üçün 10 və qonaqlar üçün 30 yer nəzərdə tutulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti