
Azərbaycan millisinin və “Kolos”un futbolçusu Anatoli Nuriyev Ukrayna çempionatında yaranmış fasilədən istifadə edərək ölkə xaricinə yollanıb.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu sevgilisi ilə birlikdə Dominikan Respublikasında istirahət edir.
O, bu barədə İnstaqram hesabında paylaşım edib.
Nuriyev 2021-ci ildən Azərbaycan millisində çıxış edir.