“Neftçi”nin futbolçusu onun üzünü heç kimə göstərmir – FOTOLAR

11 Dekabr 2021 20:40 Top Maqazin 1 380
“Neftçi”nin futbolçusu onun üzünü heç kimə göstərmir – FOTOLAR

“Neftçi”nin legioneri sosial şəbəkədə maraqlı addımı ilə diqqət çəkməkdədir.

Mamadu Mbocu “instagram”ın aktiv istifadəçisi adlandıra bilərik.

Səhifəsini mütəmadi olaraq yeniləyən seneqallı müdafiəçi özünün, xanımının və övladının şəkillərini paylaşır.

Mboc digər əcnəbilərdən İslam dininə bağlılığı ilə fərqlənir. Lakin inanmırıq ki, təəccüblü addımı sırf dinin qadağasına görə olsun.

İş burasındadır ki, Mamadu övladının üzünü sosial mediada heç kimə göstərmir. Əslində, uşağının fotolarını paylaşır. Di gəl, ya arxa fondan çəkilmiş şəkillər olur, ya da kiçik Mbocun üzünü emojilərlə bağlayır.

Fotolara birlikdə baxaq.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti