“Qarabağ”ın legioneri öpüşdü, narazılıqla üzləşdi: “Camaatın anası, bacısı var” - FOTO

19 Noyabr 20:40 Top Maqazin 1 435
“Qarabağ”ın legioneri öpüşdü, narazılıqla üzləşdi: “Camaatın anası, bacısı var” - FOTO

Sərgilədiyi oyun və vurduğu qollarla “Qarabağ” azarkeşlərinin sevgisini qazanan Kadi Borqes sosial şəbəkədə izləyicilərin narazılığı ilə üz-üzə qalıb.

Braziliyalı yarımmüdafiəçi millinin oyunları ilə yaranmış fasilə dönəmində xanımı və atası ilə birgə Qəbələyə yollanıb.

O, Qəbələnin ən ucqar nöqtələrinin birində sevgilisi Samara Qonçalveş ilə öpüşdüyü fotonu “instaqram” hesabında paylaşıb. Azərbaycanlı sosial şəbəkə istifadəçiləri müxtəlif atmacalarla Borgesi “topa tutub”.

“Camaatın anası, bacısı var”

“Oba, öpüşmək zad”

“Kadi, neynirsən, qağaş, camaatın anası, bacısı var”

“Kadini də pozduq”

“Kadi, bura Azərbaycandır, qaqaşım”

Futbolçu həmin fotoları Bakıya qayıtdıqdan sonra paylaşdığından, məkan kimi Qəbələni yox, Bakını işarələyib.

Məhz bu məqama da “ilişənlər” tapılıb. Onlar Borqesdən Bakını Qəbələ adı ilə dəyişməyi xahiş və tələb edib.

Həmin fotoları təqdim edirik:

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti