Əməkdar artistlə tanınmış müğənninin qızı Mahirə bu cür dəstək oldu - FOTO

17 Noyabr 23:00 Top Maqazin 3 083
Əməkdar artistlə tanınmış müğənninin qızı Mahirə bu cür dəstək oldu - FOTO

“Legiya”dakı çıxışı ilə ölkə futbol ictimaiyyətinin rəğbətini qazanan Mahir Emreli millinin son iki görüşünü qolsuz başa vurdu.

Mahirin Bakı Olimpiya Stadionundakı susqunluğuna baxmayaraq, təkcə qatı futbol azarkeşləri yox, incəsənət xadimləri də ona dəstəyini nümayiş etdirir.

Bu mənada Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə, eləcə də, digər əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevə Emreliyə dəstək olmağa çalışıb.

Hər iki şəxs şəxsi “instaqram” hesablarının “hekayə” bölümündə Mahirə aid şəkil və video paylaşıblar. Aynişan futbolçunun “Legiya”da vurduğu qollardan birini təqdim edibsə, Bağırzadə səbəbkarla təyyarədə çəkdirdiyi fotonu izləyicilərinə göstərib.

Millinin Qətərlə oyununun ertəsi Polşaya yollanan “11 nömrə” artıq “Levski”nin məşqlərində iştirak edir.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti