Ronaldo beşinci dəfə ata olmağa hazırlaşır - FOTO

29 Oktyabr 2021 01:10 Top Maqazin 555
Ronaldo beşinci dəfə ata olmağa hazırlaşır - FOTO

“Mançester Yunayted”in ulduzu Kriştiano Ronaldo 5-ci dəfə ata olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə portuqaliyalı hücumçu vətəndaş nikahında yaşadığı həyat yoldaşı Corcina Rodriqezlə birlikdə rəsmi instaqram səhifəsində məlumat verib.

Cütlüyün əkiz övladı doğulacaq. “Hola” nəşrinin məlumatına görə, Corcina hamiləliyinin 12-ci həftəsindədir.

36 yaşlı futbolçunun Kriştiano adlı 11 yaşlı oğlu, Yeva və Mateo adlı əkiz övladı, Alana Martina adlı 4 yaşlı qızı var.

Alana Ronaldo ilə Corcinanın ilk birgə övladıdır. Futbolçunun digər uşaqlarını surroqat ana dünyaya gətirib.


Digər Xəbərlər
Xəbər Lenti