Tanınmış azərbaycanlı futbolçu və valideyn Sevda Yahyayevanın toyunda - İKİ VİDEO+FOTOREPORTAJ

26 Oktyabr 15:00 Top Maqazin 2 856
Tanınmış azərbaycanlı futbolçu və valideyn Sevda Yahyayevanın toyunda - İKİ VİDEO+FOTOREPORTAJ

Oktyabrın 25-də ölkənin tanınmış ifaçılarından olan Sevda Yahyayevanın toy mərasimi baş tutdu.

Xanım müğənninin “Elux Events Hall” restoranında keçirilən xoş günündə incəsənət adamları ilə yanaşı, ölkənin tanınmış futbolçularından olan Ruslan Abışov da iştirak edib.

Futbol ictimaiyyətinə yaxşı tanış olan daha bir sima isə futbolçu anası olub. Mahir Emrelinin valideyni Elnurə Emreli də Yahyayevanı yaxından təbrik etmək üçün dəvət olunan məclisdə qol qaldırıb oynayıb.

toyda diqqət çəkən məqamlardan biri həyat yoldaşının Sevda üçün səhnədə mahnı oxuması olub.

O, müğənni Zamiq Hüseynovla bərabər Yəhyayeva üçün “Mən səni sevirəm” mahnısını ifa edib. Bir qədər sonra Sevda da onlara qoşulub və həyat yoldaşına sevgi etirafı edib.

Qeyd edək ki, “Mən səni sevirəm” mahnısı mərhum reper Anar Nağılbaz və Xalq artisti Brilliant Dadaşovanın repertuarından olan hitdir. Zamiq Hüseynov trekə yeni nəfəs verib.

Ruslanla Sevdanın tanışlığı illər öncəyə söykənir. Millinin sabiq üzvü 2011-ci ildə Sevda Yahyayevanın “Gecdir daha” klipində baş rolda yer almışdısa, 2016-cı ildə “Park Meredian” restoranında “Milli mətbəximiz” klipini təqdim etmişdilər.

SPORTINFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 03:00 AFFA-nın yeni qərarları
27 Noyabr 02:30 Koronavirusun yeni ştamı
27 Noyabr 01:10 4 cavabsız qol - VİDEO