Əvvəl küsüb, sonra barışan məşhur cütlük: ”Mən səni sevirəm” - FOTO

26 Oktyabr 12:40 Top Maqazin 766
Əvvəl küsüb, sonra barışan məşhur cütlük: ”Mən səni sevirəm” - FOTO

PSJ-nin hücumçusu Mauro İkardi ilə həyat yoldaşı və agenti Vanda Nara yenidən bir yerdədir.

Sportinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Vanda Nara məlumat verib.

O, “instaqram”da belə yazıb: “Son bir-neçə ayda paylaşdığım şəkillər bizim necə xoşbəxt olduğumuzun göstəricisi idi.

Amma baş verən hadisə məni yaraladı. Hər gün İkardidən boşanmağı tələb edirdim.

O, artıq geriyə yol olmadığını hiss etdikdə, dedi ki, əgər boşanma əzablara son qoyacaqsa, onda buna razıdır.

Biz vəkilin yanına getdik. İki gündən sonra İkardi bütün şərtləri qəbul etdi və müqaviləni imzaladıq.

Səhər gün isə o, mənə indiyə qədər heç kimin yazmadığını yazdı: “Mən sənə hər şeyi verdim. İndi sənin hər şeyin var. Ümid edirəm ki, bu, səni xoşbəxt edəcək. Və o zaman mən də xoşbəxt olacam”.

Və həmin an anladım ki, əgər Mauro yoxdursa, deməli, mənim heç nəyim yoxdur. İnanıram ki, yaşadığımız çətinlik bu cütlüyü, ailəni daha da birləşdirəcək. Mən səni sevirəm, İkardi”.

Digər Xəbərlər
Xəbər Lenti