İş ortağına aşiq olan polis məmuru: "Qarabağ"lı qapıçı ilk filmini çəkdi - VİDEO

15 Oktyabr 17:20 Top Maqazin 449
İş ortağına aşiq olan polis məmuru: "Qarabağ"lı qapıçı ilk filmini çəkdi - VİDEO

İslandiyanın "Valur" klubunda çıxış edən "Qarabağ"ın sabiq qapıçısı Hannes Halldorsson London Film Festivalında "Cop Secret" adlı ilk filmini təqdim edib.

Sportinfo.az xəbər verir ki, rejissor kimi fəaliyyət göstərən 37 yaşlı qolkiper bir neçə soyğunçuluğun araşdırılması zamanı iş ortağına aşiq olan polis məmurundan bəhs edən film çəkib.

İslandiyalı qolkiper daha əvvəl 2018-ci Rusiyada keçirilmiş dünya çempionatı zamanı sponsorlardan birinin reklam çarxlarını ərsəyə gətirib.

İslandiya millisinin sabiq qapıçısı 2019/2020 mövsümündə "Qarabağ"ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti