Ronaldoya heyran olan türk gözəli – MARAQLI ETİRAF

14 Oktyabr 01:10 Top Maqazin 857
Ronaldoya heyran olan türk gözəli – MARAQLI ETİRAF

Qadınlardan ibarət voleybol üzrə Türkiyə millisinin üzvü Zəhra Günəş maraqlı açıqlamasıyla diqqətləri çəkib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı blok oyunçusu "Vakıfbank"dakı karyerası barədə danışarkən, portuqaliyalı futbolçu Kriştiano Ronaldoya olan heyranlığını dilə gətirib.

O, "Mançester Yunayted"in ulduzu kimi peşəkar idmançı görmədiyini deyib: "Voleybola gəlməzdən öncə idmanla heç bir əlaqəm yox idi.

Akademik bacarığıma çox bağlı biri idim. Kriştiano Ronaldoya isə əlahiddə heyranlığım var.

Həqiqətən də, idmana bu qədər bağlı olan, sahəsinin peşəkarı olan başqa bir idmançı görmədim. Ronaldo bu sferada hər kəsə örnək olacaq biridir".

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:20 Pullu kişinin ac balası