Model futbolçu sevgilisinə görə ölümlə təhdid olundu - FOTO

27 Sentyabr 01:10 Top Maqazin 551
Model futbolçu sevgilisinə görə ölümlə təhdid olundu - FOTO

Avro-2020-nin finalında İtaliyaya uduzan İngiltərə millisinin futbolçularına irqçi mesajlar və ölüm təhdidləri gəlməkdə davam edir.

Sportinfo.az xəbər verir ki, futbolçularla yanaşı, onların ailə üzvlərinə də irqçi hücumlar və təhdidlər gəlir. Belə futbolçulardan biri də Cek Qrilişdir.

Futbolçunun özü ilə yanaşı, sevgilisi Saşa Attvud da hər gün yüzlərlə təhdid mesajı alır. Model bu səbəbdən psixologiyasının pozulduğunu bildirib. Hətta ona futbolçu sevgilisindən daha çox təhdid gəlir.

"Xərçəngə yolux", "yol qəzasına düş", "ailən yox olsun", "səni öldürəcəm", "Saşanı öldürmək üçün hazırladığım planda mənə yardım edin" kimi mesajlar gəlir.

Bu mesajlar səbəbindən psixologiyam pozulub və çətin günlər yaşayıram", deyə Saşa Attvud bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 23:20 Ağayevə gələn dəvət