Ukraynalı idmançı sevgili olan azərbaycanlı: “Çoxdandır belə qız axtarırdım”

25 Sentyabr 20:20 Top Maqazin 842
Ukraynalı idmançı sevgili olan azərbaycanlı: “Çoxdandır belə qız axtarırdım”

"Biz yeniyetmə yaşlarında - dünya çempionatına gedəndə tanış olmuşuq.

Çox xoşuma gəldi və ona diqqət yetirməyə başladım”.

Sportinfo.az xəbər verir ki, bunu Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov deyib.

Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan həmyerlimiz bir müddətdir sevgili olduğu ukraynalı qadın güləşçi Yelena Kremzerlə tanışlığından söz açıb.

O, toya hazırlaşdığını gizlətməyib: “Çoxdandır belə qız axtarırdım. O, mənim üçün qeyri-adi idi.

İlk baxışdan vuruldum. Yelena isə dost olduğumuzu düşünürdü (gülür). Bu, mənim üçün sevgi, ona görə isə yalnız dostluq idi.

Yalnız bir müddətdən sonra mənə qarşı hissləri oyandı. Tezliklə toy olacaq. Olimpiadadan sonra bir az nəfəs alıb, bu barədə düşünmək olar".

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 23:20 Ağayevə gələn dəvət