Şakira ilə görüşəndə… "Hər kəsi bezdirmişdi"

7 Sentyabr 17:20 Top Maqazin 574
Şakira ilə görüşəndə… "Hər kəsi bezdirmişdi"

“Barselona”nın müdaffiəçisi Jerar Pike Qvardiola ilə çalışdıqları dönəmdən danışıb.

Sportinfo.az xəbər verir ki, Pike Qvardiolanın hər şeyə nəzarət etmək istədiyini bildirib. 34 yaşlı futbolçu Mourinyo mövzusuna da toxunub:

“Qvardiola ilə münasibətlərdə kritik nöqtəyə çatmışdıq. O cümlədən, paltardəyişmə otağında.

Mourinyo mövzusu artıq yorucu olmuşdu və demək olar ki, hər kəsi bezdirmişdi. Qvardiola hər şeyə tam nəzarət etmək istəyirdi.

Mən Şakira ilə görüşməyə başladım. Bizim münasibətlərimiz əla idi. Amma həmin vaxt mənə çox təzyiq göstərildi.

Və o vaxt - 2010/2011 mövsümünün sonunda “Barsa”nı tərk etmək haqda düşünürdüm”.

Digər Xəbərlər
Xəbər Lenti