Ronaldo ilə sevgili oldu, həyatı necə dəyişdi? - FOTO

6 Sentyabr 01:10 Top Maqazin 1 078
Ronaldo ilə sevgili oldu, həyatı necə dəyişdi? - FOTO

"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriges “Netflix”in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq.

Sportinfo.az xəbər verir ki, “Mən Corcinayam” adlanacaq filmin ekranlara çıxacağı tarix açıqlanmır.

Rodriges Ronaldo ilə qarşılaşanda “Gucci” mağazasında satıcı işləyib. Gənclər arasında münasibət də həmin vaxt yaranıb. Onlar 2016-cı ildən görüşürlər.

Rodriges futbolçunun Alana və Martina adlı qızlarının anasıdır. Cütlük ümumilikdə 4 uşaq böyüdür.

Filmin müəllifləri portuqal idmançı ilə görüşdükdən sonra Rodrigesin həyatının necə dəyişməsindən danışacaqlar.

Cütlük hələlik toyun tarixini müəyyənləşdirməyib. Amma bunun yaxın zamanda olacağı gözlənilmir. Onlar həmçinin nigah mərasimi təşkil etməyi də planlaşdırırlar.

Ronaldonun toydan sonra karyerasını bitirəcəyi gözlənilir. Hücumçu daha əvvəl bu barədə müsahibələrinin birində məlumat verib.

Digər Xəbərlər
Xəbər Lenti