GİZLİ SƏS YAZISI: “Onun sevgilisi ilə bu komandaların bütün futbolçuları yatıb”

18 İyul 18:00 Top Maqazin 1 354
GİZLİ SƏS YAZISI: “Onun sevgilisi ilə bu komandaların bütün futbolçuları yatıb”

İspaniyanın “El Confidencial” nəşrinin “Real”ın prezidenti Florentino Peresin səs yazılarını yaydığını xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, illər əvvələ aid olan səs yazılarında Peresin vaxtı ilə “Real”da çıxış etmiş Məsut Özillə bağlı da fikirləri var.

“Kral klubu”nun prezidenti Özilin Madridə gələrkən sevgilisini Milandan olan bir modellə dəyişdiyini deyib.

Daha sonra Peres bildirib ki, həmin dönəmdə “Real”ın baş məşqçisi olan Joze Mourinyo Özilə “İnter” və “Milan” komandalarının bütün futbolçularının, hətta hər iki klubun texniki işçilərinin həmin modellə yatdığını deyib.

Peres sonra sözlərinə belə davam edib: “Özil gələndə 21 yaşında idi, sevgilisi vardı, amma Madridi dərhal kəşf etdi və həyat tərzini dəyişdi.

Sevgilisini özündən uzaqlaşdırdı, italiyalı modellə birlikdə olmağa başladı. Qız dostunu s… və geri göndərdi”.

Türk əsilli almaniyalı Məsut Özil “Real”da 2010-2013-cü illərdə forma geyinib. Futbolçu hazırda “Fənərbaxça”da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 20:40 "Bir qədər pis oldum"
24 İyul 17:55 Vaxtdır, Cavid!