"Klubum üçün həyat yoldaşımı da boşayaram”

12 İyul 00:56 Top Maqazin 1 139
"Klubum üçün həyat yoldaşımı da boşayaram”

Məşhur türkiyəli aktyor Aydemir Akbaş mirasını tərəfdarı olduğu kluba bağışlayacağını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, aktyor “Qalatasaray” fanatı olması ilə də məşhurdur.

“Sərvətim çox deyil, amma mirasımı “Qalatasaray” cəmiyyətinə bağışlayacam.

Əvvəlcə ehtiyacı olan varmı deyə, yaxınlarıma baxacağam, onun əsasında qərar verəcəm. Klubum üçün həyat yoldaşımı da boşayaram”, - deyən aktyorun açıqlaması diqqət çəkib.

Aktyor “Kolpaçino” filmində canlandırdığı Sabri abi obrazına görə xalq arasında bu adla tanınır.

Digər Xəbərlər
Xəbər Lenti