Sevgilisinə sürpriz evlilik təklif etdi, “hə” cavabı aldı - VİDEO

6 İyul 00:56 Top Maqazin 619
Sevgilisinə sürpriz evlilik təklif etdi, “hə” cavabı aldı - VİDEO

“Minnesota”nın futbolçusu Hassani Dotson sevgilisinə maraqlı sürpriz edib.

Sportinfo.az xəbər verir ki, MLS-də çıxış edən yarımmüdafiəçi evlilik təklifi üçün məhz stadionu seçib.

22 yaşlı oyunçu MLS-də “San Xose” ilə matçın ardından sevgilisini meydançaya apararaq, diz çöküb və azarkeşlərin gözü önündə evlilik təklifi edib.

“Hə” cavabını alan ABŞ-ın U-23 millisinin üzvü üzüyü sevgilisinin barmağına taxıb.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Dotson bu mövsüm 10 oyunda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 17:00 “Sumqayıt”(d)a nə olub?