İnstaqramda ən çox izləyicisi olan 10 klub

5 İyul 02:24 Top Maqazin 436
İnstaqramda ən çox izləyicisi olan 10 klub

İnstaqramda ən çox izləyicisi olan futbol klublarının siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cədvələ İspaniya nəhəngləri başçılıq edir.

İlk pillədə qərarlaşan “Real” 100 milyon izləyici sayına yenicə çatıb. “Kral klubu” hətta xüsusi videorolik paylaşaraq bunu qeyd edib.

İkinci sıradakı “Barselona”nın da bu saya çatmasına az qalıb. Əzəli rəqiblər üçüncü yerdə qərarlaşan “Yuventus”u iki dəfədən də çox qabaqlayırlar.

1. “Real” – 100 milyon izləyici
2. “Barselona” – 97,8 milyon
3. “Yuventus” – 49,5 milyon
4. “Mançester Yunayted” – 41,1 milyon
5. PSJ – 36,1 milyon
6. “Liverpul” – 31,3 milyon
7. “Çelsi” – 27,5 milyon
8. “Bavariya” – 27,1 milyon
9. “Mançester Siti” – 24,6 milyon
10. “Arsenal” – 19,4 milyon

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 17:00 “Sumqayıt”(d)a nə olub?