Məşhur futbolçunun oğlu nişanlısı üçün 17 milyona malikanə aldı - FOTOLAR

2 İyul 14:40 Top Maqazin 661
Məşhur futbolçunun oğlu nişanlısı üçün 17 milyona malikanə aldı - FOTOLAR

Devid və Viktoria Bekhemlərin böyük oğlu Bruklin bahalı malikanə sahibi olub.

Sportinfo.az xəbər verir ki, o, sevgilisi Nikola Peltzlə nişanından 1 il keçməsi münasibətilə Kaliforniya ştatında yerləşən “Beverly Hills”də geniş ev alıb.

Məşhur ingiltərəli sabiq futbolçunun oğlu bu malikanəyə 10 milyon 500 min dollar (17 milyon 850 min manat) ödəyib.

Geniş malikanədə bir neçə yataq və vanna otağı ilə yanaşı yoqa otağı, idman zalı, böyük hovuz da var.

Bruklinlə Nikola ailə qurarkən yaşayacağı evdə bir çox məşhur insanlarla qonşu olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 17:00 “Sumqayıt”(d)a nə olub?