"Onunla sekslə məşğul olmağın xəyalı ilə yaşasam da, çox qocayam”

1 İyul 23:40 Top Maqazin 1 673
"Onunla sekslə məşğul olmağın xəyalı ilə yaşasam da, çox qocayam”

AVRO-2020-nin 1/8 final mərhələsində Danimarkaya 0:4 hesabı ilə uduzan Uels millisi azarkeşlərinə böyük məyusluq yaşadıb.

Sportinfo.az xəbər verir ki, yığmanın sadiq fanatlarından olan Alav Xaf bu durumda komandaya dəstək nümayiş etdirib.

Çempionatın gedişində açıq-saçıq, lakin Uels millisinin formasını təcəssüm etdirən şəkilləri ilə göz oxşayan instaqram model qeyri-adi aksiyaya imza atıb.

Danimarka ilə görüşdən öncə Xaf qələbə qazanılacağı halda, açıq-saçıq şəkillərini yerləşdirdiyi “Onlyfans”dakı abunəçilərinə 50 faizlik güzəşt vəd edib.

Oyundan sonra nəticədən asılı olmayaraq endirimə razı olub: “Günümüzə bax da. Bəs mən nə edim?

İstənilən halda, 50 faizlik endirim edəcəyəm. Ana, ata, ağlamayın. Ən yaxşısı budur, hamıya aksiyam barədə danışın”.

Alav yığma üzvlərinə yanaşmasını da gizlətməyib: “Yığmamızda bütün oğlanlar yaraşıqlıdır. Ən çox Ben Devisdən xoşum gəlir. Çünki o, Uels dilində danışır.

Bir də Neko Uilyamsla sekslə məşğul olmağın xəyalı ilə yaşayıram. Amma Neko üçün mən çox qocayam. Qaret Beyl ən sevimli oyunçumdur”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 17:00 “Sumqayıt”(d)a nə olub?