"Qalatasaray"ın sabiq ulduzu türk gözəllə evləndi - FOTOLAR

26 İyun 14:00 Top Maqazin 1 334
"Qalatasaray"ın sabiq ulduzu türk gözəllə evləndi - FOTOLAR

2019/20 mövsümündə icarə əsasında "Qalatasaray"da çıxış edən "Roma"nın futbolçusu Steven Nzonzi evlənib.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu türk gözəl Seda Parsekerlə ailə həyatı qurub.

Fransadakı nigah mərasimi gizli şəkildə keçirilsə də, fotolar mətbuata sızdırılıb.

Ailə üzvləri və yaxın dostların qatıldığı mərasimdə futbolçulardan Mario Balotelli, Ömer Şihmanoğlu, Manuel Fernandes, Sercan Yıldırım da iştirak edib.

Steven Nzonzi son mövsümdə icarə əsasında "Renn"də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 17:00 “Sumqayıt”(d)a nə olub?