“Gizlətmirəm, bu futbolçunu görəndə ağlım başımdan çıxırdı"

25 İyun 09:20 Top Maqazin 1 091
“Gizlətmirəm, bu futbolçunu görəndə ağlım başımdan çıxırdı"

Əməkdar artist Xumar Qədimova maraqlı açıqlamları ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, "Space FM"ə qonaq olan sənətçi, azarkeşlik etdiyi futbolçulardan danışıb:

"Mən ispanlara azarkeşlik edirəm. Məşhur futbolçulardan Ronaldinyo, Rivaldo, Zidan və xüsusilə Lizarazyunun adını çəkə bilərəm.

Lizarazyunun adı... Bu futbolçunun adı çox erotik səslənir. Lizarazyuuuu, Lizarazyuuu".

İfaçı "futbola baxırsınız" sualına isə belə cavab verib: "Bəli, baxıram. 2002-ci ildə dünya çempionatında Koreyanın oyununu yaxından izləyirdim.

Onların Hank Yunk Kvan adlı bir futbolçusu vardı. Onu çox sevirdim. Onu görəndə həyəcanlanırdım.

Koreyalı futbolçunu çox sevirdim. Amma həm də fikirləşirdim ki, mən belə həyəcanlanmamalıyam. Çünki məndən çox uzaqda idi.

Hərçənd gizlətmirəm, onu görəndə ağlım başımdan çıxırdı".

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 17:00 “Sumqayıt”(d)a nə olub?