Sevgilisi yanındadır, məyus olana oxşamır - FOTOLAR

17 İyun 02:24 Top Maqazin 663
Sevgilisi yanındadır, məyus olana oxşamır - FOTOLAR

Koronavirusa yoluxduğu üçün İspaniya millisinin AVRO-2020-yə aparılan heyətindən çıxarılan Markos Lyorente fürsəti əldən verməyib.

Sportinfo.az xəbər verir ki, “Atletiko”nun yarımmüdafiəçisi cəmi bir neçə gün əvvəl yığmadan kənarlaşdırılmasına baxmayaraq, artıq yay istirahətinə çıxıb.

26 yaşlı orta sahə oyunçusu model sevgilisi Patrisiya Noarbe ilə Yunanıstana yollanıb.

Turistlərin çoxluq təşkil etdiyi Mikonos adasına gedən cütlük orada şou-biznes jurnalistlərinin kameralarına səmimi pozlarla yaxalanıb. Lyorente heç də Avropa çempionatından kənarda qaldığı üçün məyus olana oxşamır.

Markos Lyorente ötən mövsüm “Atletiko”nun heyətində 43 oyunda 13 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 13:00 Həminki "Qarabağ"
22 İyul 23:10 "Buna imkan vermədilər"