Məşhur məşqçinin qızı ilə sevgili olan futbolçu kimdir? - FOTOLAR

16 May 14:40 Top Maqazin 1 155
Məşhur məşqçinin qızı ilə sevgili olan futbolçu kimdir? - FOTOLAR

“Tottenhem”in futbolçusu Dele Alli özünə yeni sevgili tapıb.

Sportinfo.az xəbər verir ki, bu yaxınlarda model Rubi Mae tərəfindən tərk edilən “Tottenhem”in yarımmüdafiəçisi çox keçmədən boşluğu doldurub.

Maraqlısı ondadır ki, 25 yaşlı orta sahə oyunçusunun yeni sevgilisi “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın qızı 20 yaşlı Mariya Qvardioladır.

Cütlük Londondakı bir restoranda səmimi şəkildə görüntülənib, hətta diqqətlər üzərlərində olmasına baxmayaraq, öpüşməkdən də çəkinməyiblər.

Dele Alli 5 il Rubi Mae ilə sevgili olsa da, futbolçu kompüter oyunlarına daha çox vaxt ayırdığı üçün model onu tərk etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 13:50 İtaliya ilkə imza atdı
22 İyun 01:38 2 cavabsız qol - VİDEO