Bal ayında da telefonu əlindən yerə qoymur - FOTOLAR

30 Aprel 14:40 Top Maqazin 1 036
Bal ayında da telefonu əlindən yerə qoymur - FOTOLAR

Amerika reslinqinin seks-simvolu Barbara Blank ailə həyatı qurduqdan sonra bal ayına yollanıb.

Sportinfo.az xəbər verir ki, peşəkar idmançı kimi Kelli Kelli adı ilə döyüşən gözəlçə 2 həftə əvvəl baş tutan toyundan sonra Kosta-Rikada istirahət edir.

Barbara bal ayında da telefonu əlindən yerə qoymur, istirahətdən fotolarını paylaşır. WWE-nin sabiq çempionunun həyat yoldaşı biznesmen və məşqçi Co Kobadır.

O, bodibildinq və pauerliftinqlə peşəkar səviyyədə məşğul olub. Koba məşqlərdə də Barbaraya kömək edir. Cütlük Nyu-Yorkdakı it sərgisində tanış olub.

Bu, Barbaranın nikahıdır. O, 2011-ci ildə tanış olduğu hokkeyçi Şeldon Surayla 2016-cı ildə Meksikada ailə həyatı qursa da, bir il sonra ayrılıb.

Xəbər Lenti