Marina Türkiyədə istirahətin dadını çıxarır FOTOLAR

22 Aprel 14:40 Top Maqazin 640
Marina Türkiyədə istirahətin dadını çıxarır FOTOLAR

Uzunluğa tullanma üzrə Avropa çempionu Marina Bex-Romançuk bərpa toplanışına start verib.

Sportinfo.az xəbər verir ki, ukraynalı atlet Türkiyədə bərpa olunur.

Bu məqsədlə Antalyaya üz tutan Marina bərpa məşqləri ilə yanaşı istirahətə də vaxt tapır. Antalyanın su hövzəsində fotokamera önündə poza verən Avropa çempionu gözəlliyini də nümayiş etdirib.

Marina paylaşımında Türkiyənin gözəlliyindən də söz açıb: “Hər gün Türkiyəni müxtəlif tərəfdən kəşf edirəm. Möhtəşəm yerdir. Məni emosiyalarla zənginləşdirir”.

Digər Xəbərlər
Xəbər Lenti