Premyer Liqanın üzdə olan futbolçusu sevgili axtarır

17 Aprel 23:40 Top Maqazin 514
Premyer Liqanın üzdə olan futbolçusu sevgili axtarır

İngiltərə millisinin və "Tottenhem"in futbolçusu Dele Alli etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi məşhur tanışlıq proqramı olan "Raya"da sevgi axtarır.

Model Rubi Mey onu tərk etdikdən sonra bir neçə hftə sonra Dele tətbiqetmədə qeydiyyatdan keçib.

Cütlük təxminən beş il sevgili olub, lakin model futbolçunun kompüter oyunlarına olan sevgisi səbəbindən ondan ayrılıb.

Alli proqramda profilinə mavi kostyumda geyindiyi bir fotoşəkil yerləşdirib.

"Dele, Rubi ilə ayrılmasına görə hələ də üzülür, ancaq gələcəyə baxmasının lazım olduğunu bilir. Qüruru alt-üst edildi, amma indi doğru insanla münasibət qurmağa hazırdır" - deyə "The Sun" yazıb.

Xəbər Lenti
17 May 23:00 Bu il bağlanmayacaq?