“Səndə başqası var, dovşanım, mən ehtiyatdayam” - FOTOSESSİYA

11 Aprel 14:40 Top Maqazin 823
“Səndə başqası var, dovşanım, mən ehtiyatdayam” - FOTOSESSİYA

Kiyev “Dinamo”sunun futbolçusu Vitali Buyalskinin həyat yoldaşı Alina xəyanət barədə açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, bunu Alina Buyalskaya instaqram izləyiciləri ilə söhbətdə açıqlayıb.

O, xəyanət barədə sualları da cavablandırmaqdan çəkinməyib. Alina yoldaşının xəyanəti barədə suala “Badminton” qrupunun mahnısını oxumaqla cavab verib:

“Qəzəbliyəm, çünki bilirəm. Səndə başqası var, dovşanım, mən isə ehtiyatdayam”.

Lakin ukraynalı gözəl bunun sualla bağlılığına aydınlıq da gətirib: “Mahnı yalnız mövzuya görədir. Vitalikin belə mənasız şeylərə vaxtı yoxdur”.

Buyalskaya özünün xəyanət edib-etməməsi barədə suala da soyuqqanlılıqla cavab verib: “Bu nə suallardır? Əlbəttə, yox. Məni yoldaşımda hər şey qane edir”.

Xəbər Lenti
17 May 23:00 Bu il bağlanmayacaq?