Futbolçunun model və aktrisa sevgilisindən MARAQLI AÇIQLAMA

8 Aprel 14:40 Top Maqazin 679
Futbolçunun model və aktrisa sevgilisindən MARAQLI AÇIQLAMA

“Yuventus”un hücumçusu Paulo Dibalanın sevgilisi Oriana Sabatini maraqlı açıqlama ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı model və aktrisa Turində çox darıxdıqlarını söyləyib.

Onun bu sözləri argentinalı ulduz futbolçunun “qoca sinyora”dan ayrılmaq fikrində olduğuna bir işarə kimi qəbul edilib:

“Turində, demək olar ki, ediləcək bir şey yoxdur və olduqca darıxdırıcıdır. Həftəsonu olan kimi başqa yerlərə gedirik, çünki Paulo da nəsə yenilik istəyir.

Buna vaxt ayırmağa, boks məşqlərinə getməyə, yemək bişirməyə, fortepiano üçün mahnı oxumağa və yazmağa çalışıram”.

Cütlük 2018-ci ildən birlikdədir. Oriana Sabatini eyni zamanda vətəni Argentinada tanınmış müğənnidir.

Digər Xəbərlər
Xəbər Lenti
8 May 13:00 Honda namizəd oldu