Futbolçunun xanımı indi nə etmək istəyir? - FOTOLAR

7 Aprel 23:40 Top Maqazin 946
Futbolçunun xanımı indi nə etmək istəyir? - FOTOLAR

"Rizespor"da çıxış edən Mykola Morozyukun həyat yoldaşı İrina Türkiyədə çox məşhurdur.

Sportinfo.az xəbər verir ki, ukraynalı gözəl instagramda paylaşdığı cəsarətli fotoları tez-tez gündəm yaratmağı bacarır.

Mətbuat nümayəndələrinin diqqətini çəkən xanımla "Skorer" müsahibə hazırlayıb.

O, sayta açıqlamasında həyat yoldaşının çıxış etdiyi oyunların son dəqiqələrini izləmədiyini etiraf edib:

"Türkiyəni çox sevirəm. Arada gəlib-gedirəm. Sosial media hesablarıma çox saylı mesajlar gəlir. Təbii ki, bəzilərini görməzdən gəlirəm.

Adətən, həyat yoldaşımın oyunlarını izləyirəm. Ancaq öz səhhətimi qorumaq üçün matçların sonlarına baxmıram.

"Rizespor"un oyunlarının son dəqiqələri çox gərgin keçir. Ona görə də öz sağlamlığı qorumaq üçün son dəqiqələri izləmirəm.

Öz ölkəmdə də həvəskar futbol klubunun rəhbəriyəm. Ancaq pandemiya səbəbindən işlərimizə fasilə vermişik".

Aktrisa kimi də fəaliyyət göstərmək istəyən cazibədar xanım ölkəsindən serial təklifləri gözlədiyini də vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü
21 Aprel 22:00 32-ci dəfə çempion