.jpg)
Braziliya millisinin və PSJ-nin ulduzu Neymarın keçmiş sevgilisi Yekaterina Səfərova yenidən diqqət mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, rus model Timatının “Subay” şousuna qatılıb.
2020-ci ildə PSJ-nin oyunlarını canlı izləyən və Neymarla ad günü də daxil olmaqla bir sıra tədbirlərdə görünən Yekaterina şoularda çəkilməsi ilə məşhurlaşıb.
Məhz İspaniyadakı “Vəsvəsələr adası” şousundan sonra rus gözəlcə Neymarla tanış olub. Böyük ehtimalla Səfərova növbəti şouda növbəti sevgisini tapmaq arzusundadır.