
2012-ci ildə bədii gimnastika üzrə olimpiya çempionu olan Karolina Sevastyanova idmançı karyerasını bitirsə də, gündəmdən düşmür.
Gözəlliyinə görə bu gün də vətəni Rusiyada ən məşhur idmançı qadınlardan sayılan Sevastyanova tez-tez kişilər üçün olan jurnalları açıq-saçıq fotoları ilə bəzəyir.
Sportinfo.az xəbər verir ki, o, müxtəlif şirkətlərlə reklam əməkdaşlığı edir.
Təravətini itirməyən Karolina "Instagram"dakı milyona yaxın təqibçisini cazibəsi ilə əyləndirməyi də unutmur.