"Mənim üçün ən önəmlisi həyat yoldaşın tərəfindən sevilməyindir" - FOTOLAR

19 Fevral 02:10 Top Maqazin 693
"Mənim üçün ən önəmlisi həyat yoldaşın tərəfindən sevilməyindir" - FOTOLAR

“Mançester Siti”nin futbolçusu Aleksandr Zinçenkonun həyat yoldaşı Vlada Sedanın komandanın baş məşqçisi Pep Qvardiolanın 50 yaşının tamam olması ilə bağlı keçirilən tədbirdə ispaniyalı mütəxəssislə maraqlı dialoq yaşayıb.

bunu idman müxbiri kimi çalışan Sedan özü açıqlayıb.

Eyni zamanda modellik edən xanım bildirib ki, mərasim zamanı Qvardiolaya yaxınlaşaraq “50 yaş o deməkdir ki, qocalmısan” deyib:

“Əvəzində Pep üzünü Zinçenkoya tərəf çevirərək söylədi ki, mənim üçün ən önəmli hadisə həyat yoldaşın tərəfindən sevilməyindir.

Bununla Qvardiola ötən mövsüm Çempionlar Liqasında “Lion”la görüşdə Aleksandrı oynatmadığı üçün onu sosial mediada sərt şəkildə tənqid etməyimə reaksiya göstərdi. Başa düşdüm ki, məşqçi hələ də barəsində yazdıqlarımı unutmayıb”.

Əvvəllər canlı yayım zamanı Vlada Sedanı öpən Aleksandr Zinçenko ona futbol meydançasında evlənmə təklifi edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 17:20 "Sabah" - "Keşlə": CANLI
25 Fevral 13:20 AFFA qiyməti endirdi