Bu qadın sizdə futbola maraq yarada bilər - FOTOLAR

12 Yanvar 18:00 Top Maqazin 569
Bu qadın sizdə futbola maraq yarada bilər - FOTOLAR

Azarkeşlər hələ də qadın futboluna şübhə ilə yanaşırlar.

Orda sürətin aşağı olduğu, kəskin mübarizənin, texnikanın çatışmadığı əsas gətirilir.

Neynəyə bilərik, bu arqumentlər əsaslıdır. Amma biz də sakit dayanmaq niyyətində deyilik və oxucuların qadın futboluna marağını artırmaq istəyirik.

Elə buna görə də İsveçrə millisinin və “Vest Hem”in futbolçusu Alişa Lemanı sizə təqdim edirik.

Alisa 1999-cu ilin 21 yanvarında doğulub. Peşəkar karyerasına 2016-cı ildə “Yanq Boyz”da başlayıb. 2018-ci ildə gənclərin dünya çempionatında vurduğu 2 qol onu “Vest Hem”ə gətirib.

Turnirdən dərhal sonra “çəkicdöyənlər” onunla müqavilə bağlayıblar. Alisa “Vest Hem”də özünə dərhal yer edə bilib.

2019-cu ildə onun vurduğu 8 qol “Vest Hem”i İngiltərə kubokunun finalına qədər gətirib. Hazırda onu potensial ulduz və qadın futbolunun siması adlandırılar.

Amma onu da qeyd edək ki, Alisa lesbiyandır və PSJ-nin hücumçusu Ramon Bahmanla münasibətdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti