Olimpiadada futbol vaxtı

23 İyul 2020 21:00 Tokio-2020 4 457
Olimpiadada futbol vaxtı

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında futbol yarışlarının vaxtı bəlli olub.

Sportinfo.az FIFA-nın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, kişilərin yarışı 2021-ci il 22 iyul - 7 avqustda gerçəkləşəcək.

Qadınların analoji turniri isə gələn il 21 iyul - 6 avqustda olacaq.

"Tokio-2020" koronavirus pandemiyası səbəbindən 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.

Bizim Facebook səhifəmizə abunə olun

Xəbər Lenti