TOKİO-2020: Azərbaycanın 6-cı medalı

7 Avqust 2021 11:51 Tokio-2020 1 277
TOKİO-2020: Azərbaycanın 6-cı medalı

Azərbaycan Tokio Olimpiadasını minimum 6 medalla başa vuracaq. Bu bir qədər əvvəl başa çatan qadın karateçilərin qrup görüşlərindən sonra dəqiqləşib.

Belə ki, Azərbaycan karateçisi İrina Zaretska qrupda keçirdiyi 4 döyüşdən 3-də qələbə qazanmaqla birbaşa yarımfinala yüksəlib. Bu isə azı bürünc medal deməkdir.

Karatedə 3-cü yer uğrunda döyüş olmadığından yarımfinalda uduzan idmançılar bürünc medalla mükafatlandırılacaq.

Ən ağır çəkidə (+61 kq) çıxış edən dünya və ikiqat Avropa çempionumuz qrupda ilk qarşılaşmada yaponiyalı Ayumi Yekusaya 4:1, 2-ci görüşdə isə italiyalı Silviya Semeraroya 3:2 hesabı ilə qalib gəlib. Qazaxıstan təmsilçisi Sofiya Berultseva dueldə 4:5 hesabı ilə uduzan karateçimiz son turda qələbə qazanmaqla adını yarımfinala yazdırıb. İrina son döyüşdə qrupun autsayderi Meltem Akyola qalib gəlib.

Beləliklə, özü üçün azı bürüncü təmin edən Zaretskanın bu medalın əyarını yüksəltmək şansı var.

Xatırladaq ki, digər idmançılarımızdan İrina Kindzerska (cüdo), Rafiq Hüseynov (Yunan-roma güləşi), Alfonso Dominges (boks) Tokio Olimpiadasında bürünc, karateçi Rafael Ağayev gümüş medal qazanıb.

Sərbəst güləşçi Hacı Əliyev isə finala çıxmaqla minimum gümüş medalı təmin edib. Onun final görüşü təxminən 2 saatdan sonra başlayacaq.

SPORTİNFO. AZ

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi