TOKİO-2020: Onlar üçün də olimpiada bitdi

7 Avqust 2021 09:05 Tokio-2020 672
TOKİO-2020: Onlar üçün də olimpiada bitdi

Ölkəmizin bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət yığma komandası Tokio Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Gözlənildiyi kimi komandamız final mərhələsinə çıxa bilməyib. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət "beşlik" 3 halqa və 2 cüt gürzlə çıxışda münsiflərdən 37,650 bal alıblar.

5 topla hərəkətlərdə isə komandamızın çıxışı daha zəif alınıb və yekunda hakimlər gimnastlarımıza 36,700 bal veriblər. Bununla Azərbaycan komandası iki hərəkətin cəmində 74,350 xalla 14 ölkə arasında 10-cu yeri tutub.

Final mərhələsinə ilk 8 yerin sahibləri yüksəldiyindən milli komandamız olimpiadada mübarizəni dayandırıb.

Xatırladaq ki, ötən gün bədii gimnastikada fərdi çoxnövçülük yarışında iştirak edən təmsilçimiz Zöhrə Ağamirova 18-ci yeri tutaraq finaldan kənarda qalmışdı.

SPORTİNFO.AZ

Xəbər Lenti