TOKİO-2020: Rafael olimpiya gümüşünü qazandı

6 Avqust 2021 16:50 Tokio-2020 1 552
TOKİO-2020: Rafael olimpiya gümüşünü qazandı

Azərbaycan Tokio Olimpiadasında yarışların yekunlaşmasına 1 gün qalmış ilk gümüş medalı qazanıb.

Bu nəticəyə karateçimiz Rafael Ağayev imza atıb. 75 kq çəkidə döyüşən beşqat dünya və 11 qat Avropa çempionumuz təəssüf ki, karyerasının ən vacib döyüşündə uduzaraq olimpiya çempionu olmaq şansını əldən verib.

Ağayev finalda italiyalı Luici Buzaya məğlub olub. Xatırladaq ki, Rafael Luici Buzaya bir neçə saat əvvəl qrup mərhələsində də uduzmuşdu.

Bu, Azərbaycanın Tokio Olimpiadasında 4-cü medalı oldu. Buna qədər isə İrina Kindzerska (cüdo), Alfonso Dominges (boks) və Rafiq Hüseynov (yunan-roma güləşi) bürünc medal qazanmışdı.

Sabah sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) Yaponiya təmsilçisi ilə final görüşünə çıxacaq. Mariya Stadniklə olimpiya çempionumuz Şərif Şərifov isə bürünc medal uğrunda mübarizə aparacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda