TOKİO-2020: Nazim sürpriz edə bilmədi

3 Avqust 2021 08:40 Tokio-2020 838
TOKİO-2020: Nazim sürpriz edə bilmədi

Azərbaycanı Tokio Olimpiadasında üçtəkanla uzunluğa tullanma yarışında təmsil edən Nazim Babayev çıxışını başa vurub.

2 dəfə Dünya Universiadasının, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının çempionu olan istedadlı atlet təəssüf ki, olimpiadada pərəstişkarlarına xoş sürpriz edə bilməyib.

Nazim üçtəkanla 16,72 metr tullanaraq təsnifat mərhələsində 32 iştirakçı arasında 15-ci olub. Final mərhələsinə isə ilk 12 sırada yer alan atletlər vəsiqə qazanıb.

Bununla da Tokio-2020-də çıxışını başa vuran idmançılarımızın sayı 30-a çatıb. Onlardan yalnız ikisi bürünc medal qazanıb: İrina Kindzerska (cüdo) və Alfonso Dominges (boks).

SPORTİNFO.AZ

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!